12 günlük müharibədən sonra Tehranın şimalında mənzil qiymətləri 30 faiz ucuzlaşıb
10.07.2025

12 günlük müharibə zamanı İsrailin hücumlarından sonra Tehranın şimalında mənzil qiymətlərində misli görünməmiş ucuzlaşma müşahidə olunub.

Tecarət News-un məlumatına görə, ev sahibləri öz əmlaklarını daha sürətli satmaq üçün onları bazar dəyərindən xeyli aşağı qiymətə satışa çıxarıblar.

Hesabatlar Tehranda satış qiymətlərinin 8,5 faiz ucuzlaşdığını göstərir. Həmçinin, Birinci, Üçüncü və hətta İkinci Rayonun bəzi məhəllələrində mənzil qiymətləri ötən ayla müqayisədə 15-20 faiz ucuzlaşıb. Bəzi əmlak satışı elanlarında isə ucuzlaşma 25-30 faiz həcmində olub.

Tecarət News-un hesabatına görə, xüsusilə İsrail ilə müharibədən sonra Tehranın quzey hissəsində daşınmaz əmlak satışlarının sayı artıb. Satış elanlarından başqa əmlaklarını barter etmək istəyən çox sayda mülkədar da var.

visiontv.az