YAŞAT Fondu Xeyriyyə təşkilatı
“YAŞAT” Fondu tərəfindən yeni tədris ilində 67 şəhid övladına dəstək göstərilib

“YAŞAT” Fondu tərəfindən təhsil istiqaməti üzrə yeni tədris ilində  67 nəfər şəhid övladına dəstək göstərilib.  Belə ki, 7 özəl təhsil müəssisəsi ilə yaradılmış əməkdaşlıq çərçivəsində imtahanda uğurlu nəticə əldə etmiş 37 şəhid övladı özəl təhsil müəssisələrində ödənişsiz kvota əsasında təhsil alacaq. Eyni zamanda 7 şəhid övladı ödənişsiz kvota əsasında bağça və məktəbəqədər təhsil müəssisəsinə qəbul olunub. Bununla yanaşı özəl təhsil müəssisələrində ödənişli təhsil alacaq 30 şagirdin təhsil haqqı Fond tərəfindən qarşılanacaqdır.  

15.09.2021
Daha beş qazimiz Türkiyəyə müalicəyə göndərildi

Ağır yaralanan daha beş qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

09.09.2021
Daha 3 qazi “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib

Ağır yaralanan daha 3 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

01.09.2021
"YAŞAT" düşərgəsi başa çatıb

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən "YAŞAT" düşərgəsi başa çatıb. Düşərgənin sonuncu günündə  Elektron Hökumətin İnkişafı Mərkəzinin əməkdaşları tərəfindən "Süni zəka: kodla və oyna", "Data elmi və tətbiq sahələri" mövzuları üzrə təlim proqramları keçirilib.

30.08.2021
“YAŞAT” düşərgəsində “Nə? Harada? Nə zaman?” yarışı təşkil olunub

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən "YAŞAT" düşərgəsinin altıncı həftəsi davam edir.

27.08.2021
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başlayıb

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən "YAŞAT" düşərgəsinin altıncı həftəsinə start verilib.

24.08.2021
Daha 7 qazimiz sağalaraq Vətənə qayıtdı

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 7 qazimiz sağalaraq Vətənə geri dönüb.

24.08.2021
“YAŞAT” düşərgəsinin beşinci həftəsi başlayıb

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən "YAŞAT" düşərgəsinin beşinci həftəsinə start verilib. İlkin olaraq açılış mərasimi və komanda ilə tanışlıq, ardınca isə psixoloji qrup oyunları keçirilib.

17.08.2021
"YAŞAT" düşərgəsinin üçüncü həftəsi davam edir

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən "YAŞAT" düşərgəsinin üçüncü həftəsi davam edir.

06.08.2021
“YAŞAT" Fondu tərəfindən bugünə kimi görülən işlərin STATİSTİKASI

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) tərəfindən reallaşdırılan ödənişlərin məbləği 32 328 137 80 manat olub.

05.08.2021
“YAŞAT” düşərgəsinin üçüncü həftəsi başlayıb

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən "YAŞAT" düşərgəsinin üçüncü həftəsinə start verilib.

03.08.2021