Nəsib Məhəməliyev Millət vəkili
Seçkilərə qədər rəsmi İrəvandan konkret addımların atılmasını gözləmək sadəlövhlükdür - deputat Nəsib Məhəməliyev

ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış; Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda Prezident İlham Əliyev tarixi faktları xatırlatmaqla bərabər, yeni yaranmış geosiyasi reallıqlara uyğun olaraq Azərbaycanın mövqeyini açıqladı. Gələcək əməkdaşlığa, kommunikasiyaların açılmasına, iqtisadi inkişafa, dayanıqlı sülhə hesablanmış mesajlarını erməni cəmiyyətinə və dünya birliyinə çatdırdı.

15.04.2021
Son anda erməni diversantlarının təhvil verilməsindən imtina fikri düşünürəm ki, həqiqətə uyğun deyil - deputat Nəsib Məhəməliyev

Artıq 3 gündür İrəvanda Azərbaycanda terrorçu-diversant kimi həbsdə olan ermənilərin valideyinləri, ictimaət və mətbuatın hay-küyü səngimir. Səbəb  Paşinyanın Putinlə görüşündən sonra Azərbaycanda törətdikləri cinayətə görə həbsda yatan ermənilərin azad edilməsi ilə bağlı dövrüyəyə buraxılan informasiya oldu. Belə ki, Rusiyanın Rostov şəhərindən qalxan təyyarə Bakıdan keçərək Ermənistanın Erebuni hava limanına eniş edib.

10.04.2021
Qələbəmizin əsası Aprel döyüşlərində qoyuldu - deputat Nəsib Məhəməliyev

“Aprel döyüşləri bizim şanlı tariximizdir. Azərbaycan xalqı yaşadıqca Aprel döyüşləri şəhidləri anılacaq və şərəfli, şanlı tarix kimi hər il qeyd olunacaq”.

02.04.2021
Türk Dövlətləri Birliyinin yaradılması qloballaşan dünyada varlığımızın əsas şərtlərindən biridir

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşünü Türk dünyasının bir-birinə daha da yaxınlaşması istiqamətində atılmış real addım kimi qiymətləndirirəm.

01.04.2021
Deputat Nəsib Məhəməliyev Balakən rayonunda qəbul keçirib

Milli Məclisin deputatı Nəsib Məhəməliyev növbəti dəfə Balakən rayonunda qəbul keçirmişdir.

28.03.2021
Ermənilərin Qarabağda rus dilini ikinci rəsmi dil elan etməsi üçtərəfli razılaşmaya ziddir - deputat Nəsib Məhəməliyev

Ermənilərin Qarabağda rus dilini ikinci rəsmi dil elan etmələri ilk növbədə 10 noyabr üçtərəfli razılaşma ilə ziddiyət təşkil edir. Hüquqi baxımdan yanaşsaq, beynəlxalq hüququn subyekti olmayan, dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan bir etnik  qrupun özbaşına belə bir "qanun" qəbul etməsi tam qanunsuzluqdur və  onların məğlubiyyətdən düzgün nəticə çıxarmamaqlarının göstəricisidir. Bununla da ermənilər və onlara himayədarlıq edən qüvvələr regionda gərginliyin artırılmasında maraqlı olduqlarını nümayiş etdirməklə, Qarabağ kartından öz geosiyasi maraqlarını təmin etmək üçün istifadə edirlər.

26.03.2021
Prezidentin əfv sərəncamı dövlətin apardığı humanist siyasətin bariz nümunəsidir - Nəsib Məhəməliyev

Martın 18-də prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncam imzalayıb.

19.03.2021
Azad edilmiş ərazilərə İcra hakimiyyətlərinin cəlb olunması görülən işlərin icrasını ləngidə bilər

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında" fərman imzalayaraq işğaldan azad edilmiş ərazilərdə müəyyən səlahiyyətlərin həyata keçirilməsini müvəqqəti olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə etdi.

18.03.2021
Prezidentin və ailə üzvlərinin ilaxır çərşənbəni Şuşada keçirməsi tarixi hadisə kimi qəbul edilməlidir

Prezident İlham Əliyevin və ailə üzvlərinin Füzuli, Xocavənd rayonlarına səfərdən sonra ilaxır çərşənbəni Şuşada keçirməsi tarixi hadisə kimi qəbul edilməlidir.

18.03.2021
İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar Yeni Azərbaycan Partiyasından da yan keçmir - deputat Nəsib Məhəməliyev

Yeni Azərbaycan partiyasının 7-ci qurultayı Azərbaycanın ictimai-siyasi həyatında əlamətdar hadisədir. YAP yarandığı gündən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin qurulmasında, vətəndaş müharibəsinin qarşısının alınmasında, müstəqilliyimizin möhkəmlənməsində xüsusi rolu olmuşdur. Eyni zamanda nəzərə almaq lazımdır ki, həyat davam edir, hər bir sahədə olduğu kimi siyasi partiyalarda da yeniləşmə, nəsillərin əvəzlənməsi prosesi getməlidir. Gənc kadrların ictimai-siyasi proseslərə cəlb olunması labüddür. Bu baxımdan partiyanın sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan və cəmiyyətin bütün sahələrini əhatə edən islahatlar Yeni Azərbaycan partiyasından da yan keçmir.

06.03.2021
Regionda gərginliyi saxlamaq istəyən ölkələr, lobbist təşkilatlar neytrallaşdırılmalıdır

"Prezident İlham Əliyevin keçirdiyi mətbuat konfransını ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən bir hadisə kimi qiymətləndirmək lazımdır. Mətbuat konfransında beynəlxalq ictimaiyyəti, eyni zamanda xalqımızı narahat edən bir çox məsələlərə aydınlıq gətirildi və regionda maraqları olan qüvvələrə lazımi mesajlar çatdırıldı".

02.03.2021