“Zəngəzur dəhlizi” ifadəsinin dünyanın siyasi gündəminə İlham Əliyev gətirib
17.07.2025

Qərb mənbələri belə yazır.

9 noyabr 2020-ci ildə qəbul olunmuş Qarabağ atəşkəs bəyanatında “Zəngəzur dəhlizi” ifadəsi yoxdur. Məlum olan odur ki, bu ifadə 2021-ci ildə meydana çıxıb. İlham Əliyev birinci dəfə nə vaxt “Zəngəzur dəhlizi” ifadəsini işlədib? Bəlli deyil. Hər halda bunu cənab prezidentdən soruşmaq lazımdır. Ola bilər ki, “Zəngəzur dəhlizi” ifadəsini İlham Əliyevə kimsə məsləhət görüb. Hər halda bu ifadənin tarixçəsini bilmək maraqlı olardı...

Mənim bildiyim odur ki, I Qarabağ savaşı zamanı Türkiyə Zəngəzurdan keçən yolu Ermənistandan almaq fikrinə düşüb. Bunun üçün müəyyən gedişlər də edib. Hətta Ermənistana qarşı təhdidlər də səsləndirib. Ancaq sonra bu fikrindən daşınıb...

“Qərbi Azərbaycan” ifadəsi isə tarixən mövcud olub. İlham Əliyev isə bu ifadəyə yeni bir məna verib. Hazırda “Qərbi Azərbaycan” dedikdə Zəngəzura yüz minlərlə soydaşımızın köçürülməsi nəzərdə tutulur.

Düşünürəm ki, “Qərbi Azərbaycan” son dərəcə gərəkli siyasi gedişdir. Yəni məntiq belədir ki, ermənilərin Qarabağa qayıtmasına elə bir etirazımız yoxdur, eləcə də azərbaycanlılar qovulduqları Zəngəzura qayıtmaq haqqına sahib olmalıdırlar...

Təbii ki, demoqrafik baxımdan problemlər yaşayan Ermənistan üçün bu mübadilə o qədər də cəlbedici görünmür...

Elbəyi Həsənli

visiontv.az