"Yüksək rütbəli İran zabitləri Livanın cənubunda fəaliyyət göstərirlər"
24.06.2026

Livanın cənubundakı Əl-Tahar dağ silsiləsi bölgəsində bir neçə yüksək rütbəli İran zabiti fəaliyyət göstərir.

Bu barədə "Walla" nəşri  İsrail mənbəsinə istinadən yazır.

Mövcud məlumatlara görə, bu hərbçilər döyüş əməliyyatlarının idarə olunmasında və ərazidə operativ fəaliyyətin əlaqələndirilməsində mühüm rol oynayırlar.

Onların varlığı səbəbindən bu bölgə son həftələrdə İran üçün xüsusi əhəmiyyət kəsb edib.

Jurnalistlərin bildirdiyinə görə, Bofor bölgəsində İran zabitlərinin olması Tehranı İsrail ordusunun quru əməliyyatını dayandırmasını kəskin şəkildə tələb etməyə vadar edən əsas amillərdən biri olub.

İran rəhbərliyi öz yüksək rütbəli əməkdaşlarının həyatı üçün ciddi şəkildə narahat idi.

Bundan əlavə, Tehranda böyük təşviş var idi ki, İsrail hərbçilərinin ərazidə daha da irəliləməsi halında onlar birbaşa həmin zabitlərin mövqeyinə çıxa və ya onların bir qismini əsir götürə bilərdilər.

visiontv.az