Pentaqon rəhbərliyi ilk dəfə dronlara qarşı lazer silahının sınaqlarını izləyib
24.06.2026

Tarixdə ilk dəfə ABŞ Hərb Nazirliyinin (Pentaqon) ali rəhbərliyi lazer silahının sınaqlarını şəxsən izləyib.

Visiontv.az  xəbər verir ki, bu barədə  "Axios" portalı məlumat yayıb.

"ABŞ-nin hərb naziri  Pit Heqset, həmçinin Pentaqonun texniki direktoru Emil Maykl çərşənbə axşamı günü Nyu-Meksiko ştatında mikrodalğalı və lazer silahlarının nümayişində iştirak ediblər", - deyə məlumatda bildirilir.

Vurğulanır ki, test prosesi əsnasında "AeroVironment" şirkətinə məxsus 20 kVt gücə malik yönləndirilmiş enerjili mobil LOCUST sistemi yoxlanılıb. Hələlik kütləvi şəkildə tətbiq olunmayan bu növ silahlar, pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizədə daha münasib qiymətli vasitə kimi qiymətləndirilir.

visiontv.az