1918-20-ci illərdə Azərbaycan Cümhuriyyətinin Nazirlər Kabineti üçün bina seçiləndə 1850-ci ildə karvansara, 1915-ci ildə "Metropol" otelinə üstünlük verilir. Bura həm yaşayış, həm də dövlət müəssisəsi kimi 2 il fəaliyyət göstərir. Cümhuriyyət süqutundan sonra 1930-cu ilə qədər də Azərbaycan Həmkarlar İttifaqının binası olur.
1 noyabr 1939-cu il 4972 saylı qərars əsasən binanın Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən muzeyə çevrilməsi nəzərdə tutulur.
1943-cü ildə isə ildə binanın fasadı və interyeri milli üslubda işlənərək eyvanında uzun müzakirələrdən sonra Füzuli, Vaqif, M.F.Axundov, C.Məmmədquluzadə, C.Cabbarlı və yeganə qadın olan Xan qızı Natavanın heykəli qoyulması razılığı əldə edilir.
Xurşidbanu Natəvan, XIX əsrdə Qarabağın sosial və mədəni həyatına, eyni zamanda klassik şeir ənənələrinə böyük təsir göstərmiş şəxsiyyətdir və onun heykəlinin seçilməsi təkcə ədəbiyyat sahəsində deyil eyni zamanda su kəməri çəkilişi, kasıblara yardım, təhsil təşəbbüsləri və digər sahələrdə xeyriyyəçilik işləri də olub.
Heykəlin yaradıcısı Ukraynalı heykəltaraş
Yelena Tripolskaya seçilir və Azərbaycanlı olmamağına baxmayaraq elə bir abidə hazırlayır ki, sanki özü o dövrün canlı şahidi olub.Tripolskaya Natəvanın başındakı kəlağayının və onun üzərindəki araqçının həmçinin uzun zadəgan libasının qatlarını tunc materialda o qədər təbii və axıcı işləmişdir ki, onu ilk dəfə görənlər heyran içində qalmışdılar.
Heykəltəraş ona təyziq edilib heykəlin fəhlə-kəndli qadın obrazında deyil, kübar və lirik bir Şərq qadını yaratmışdır. Diqqətlə baxdıqda şairənin başı bir qədər yana əyilmiş və baxışları bir nöqtəyə dikilmişdir.
Tripolskaya onun həyat hekayəsini oxuduqdan sonra heykəldə həm oğlunu erkən yaşda itirməsindən doğan, poemalarında da tez-tez rast gəlinən şəxsi ana kədərini və şərqin streotplərini qıran zadəgan xanım obrazı yaradıb.
Uzaqdan baxan insana elə gəlir ki, Natəvanın gözlərindən yanağına doğru canlı yaş süzülür
Heykəldə Natəvanın donunun qolları və yaxasındakı bəzəklər Şuşa zadəgan qadınlarına məxsus xüsusi tikmə naxışları və şairənin ayaqqabılarının uclarının yüngülcə yuxarıya əyilməsi, Qarabağ xanlığının rəsmi geyim növünün göstərir.
Tripolskaya Natəvanın abidəsini xüsusi tündləşdirilmiş tuncla işləyib və buna görə də günəş işığı binanın fasadına vurduqda, kişilərin əzəmətli heykəlləri arasında Natəvanın silueti öz rəng kölgəsi ilə daha zərif və dominant görünür.
Tripolskaya da Natəvanın üz cizgilərini naturadan işləmək üçün gizli bir model axtarırdı. Çünki Natəvanın dövrümüzə çatan fotoşəkilləri çox az və keyfiyyətsiz idi. Tripolskaya Bakı ziyalıları arasında gizli bir araşdırma apararaq, şairənin Şuşadan olan və onun genetik cizgilərini daşıyan uzaq bir qadın qohumunu tapır və onun adını kimsə bilməsin deyə qeydə almır. Həm xanım Natavanın nəslindən idi və O, heykəlin prototipi olur.
Tripolskaya şairənin donunun aşağı hissəsinə Qarabağ xalçaçılıq məktəbinə məxsus həndəsi naxış elementlərini həkk edir.
Çox az adam bilir ki, heykəl hazır olanda onun ürək nahiyəsində gələcəyə bir məktub da gizlədilib. Həmin məktubda sovet rejiminin Qarabağ xanlarının, bəylərin nəslini repressiya etməsi, Şuşanın milli kimliyinin sıxışdırılması və abidənin sovet senzurasını aldatmaq üçün saxta "proletar pasportu" ilə ucaldıldığı rəsmən qeyd olunub. Tam məktubun məzmunu barədə qeydlər yoxdur. Lakin bir cümlə rastıma çıxdı:
“Bu tunc sındığı gün, bu sirlər açılacaq və mənim xalqım yenidən öz həqiqi tarixinə qayıdacaq!”
Prof.Dr. Zaur Əliyev
visiontv.az