"Biz Trampla İrandakı rejimin devrilməsini müzakirə edirik"
24.10.2026

İsrail baç naziri Netanyahu ABŞ prezidenti Trampla dəfələrlə İran rejiminin devrilməsinin zəruriliyini, o cümlədən iki gün öncə baş tutan telefon danışığı zamanı müzakirə etdiyini bildirib.

Kiryat-Şmonadakı "Tel-Xay" Universitetində akademik ilin açılış mərasimində çıxış edən Netanyahu İranda hakimiyyət dəyişikliyini ölkənin nüvə proqramının və proksi qruplaşmaların bərpasının qarşısını almaq üçün əsas şərt adlandırıb.

O bildirib ki, hətta zəiflədilmiş İran belə nüvə silahının istehsalını və regional müttəfiqlər şəbəkəsini bərpa etməyə cəhd göstərə bilər.

visiontv.az