Son bir neçə həftə İranda dərinləşən iqtisadi böhran və milli valyutanın sürətlə dəyər itirməsi ölkənin bir çox şəhərində kütləvi etirazlara səbəb olub.
Etirazlar zamanı yüzlərlə insan həyatını itirib. Narazı kütlə illərdir ölkəni idarə edən molla rejiminin islahatlara getmədiyini, azadlıqları məhdudlaşdırdığını və xalqın artan problemlərinə biganə qaldığını bildirir.
İranda gərginliyin artdığı bu günlərdə dahi Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın illər öncə İranın ali rəhbəri Əli Xameneyi ilə bağlı dediyi, daha çox nəsihət və xəbərdarlıq xarakteri daşıyan misralar yenidən gündəmə gəlib. Şairin həmin şeiri bu gün baş verən proseslər fonunda sosial şəbəkələrdə geniş şəkildə paylaşılır:
“Çalış adın gələndə, rəhmət oxunsun sənə,
Dünyada səndən qalan axırda bir ad olur.
Gördün işin əyildi durma əkil, gözdən it,
Dostun görər darıxar, düşmən görər şad olur…"
visiontv.az