Bəzi dövlətlər döyüş meydanında görünür, digərləri isə oyun meydanını sakitcə dəyişdirir. Görünən hərbi müdaxilələrin edilməməsi təsirsiz olmaq demək deyil. Bəzən ən güclü addım oyunu uzatmaqdır. Bu gün qlobal güc mübarizəsi tanklarla aparılmır enerji boru kəmərləri, ticarət dəhlizləri və maliyyə şəbəkələri vasitəsilə aparılır.
Çinin üstünlüyü birbaşa münaqişə deyil, rəqibini zəiflətmək və meydanı daraltmaqdır. Dünya artıq birqütblü deyil. Bu yeni dövrdə güc səbr və strateji dərinliklə ölçülür.
Ayrıca Çin ordusu, onilliklərdir davam edən ABŞ-ın bütün periferiyaları boyunca artan və kütləvi hərbi güclənməsinə qarşı Çini sərhədləri daxilində və sərhədləri boyunca müdafiə etmək üçün qurulub. İrana qarşı bu müharibəni başlatmaq üçün ABŞ onilliklər ərzində qlobal və regional bazalar, logistika şəbəkələri, sursat anbarları, regional inteqrasiya olunmuş hava hücumundan müdafiə imkanları və s. şəbəkəsi quraraq əvvəlcə İranı mühasirəyə alıb, sonra ona hücum edib. Çinin edə biləcəyi şey, yalnız qanunsuz ABŞ sanksiyalarına qarşı iqtisadi dəstək vermək, İranın hərbi sənaye istehsalına texniki/maddi dəstək vermək, silah və avadanlıqların ötürülməsi yolu ilə hərbi dəstək göstərməkdir.
Pərviz Əliyev
visiontv.az