ABŞ prezidenti Donald Tramp yenə Britaniyanı tənqid edib, iki ölkənin əlaqələrinin əvvəlki kim olmadığını deyib.
Tramp Britaniyanın ABŞ və İsrailin İrana zərbələrində iştirak etməməsi haqda sualı cavablandırıb. O, "The Sun" qəzetinə deyib ki, Yaxın Şərqdəki hərbi əməliyyatlarda Amerikanın Britaniyaya ehtiyacı yoxdur, amma Britaniyanın baş naziri Kir Starmerin "bir köməyi dəyməyib".
Tramp Fransa və Almaniyanı müttəfiqlər kimi tərifləyərək deyib ki, "indi Avropada digər ölkələrlə çox güclü əlaqələrimiz var".
Starmer martın 1-də bildirib ki, Birləşmiş Ştatlara Britaniyanın hərbi bazalarından müdafiə zərbələri üçün istifadəyə icazə verəcək. Amma İrana ilkin zərbədə bu bazalardan istifadə olunmayıb.
visiontv.az