"Valyuta ehtiyatlarının bölüşdürülməsində korrupsiyanı aradan qaldırmağa çalışırıq"
19.01.2026

İran hökuməti valyuta ehtiyatlarının bölüşdürülməsində mövcud olan korrupsiya problemini həll etmək niyyətindədir.

Bunu İran prezidenti Məsud Pezeşkian bildirib.

Onun sözlərinə görə, bu planın həyata keçirilməsi bazarda sabitliyi bərpa etməklə yanaşı, əhalinin alıcılıq qabiliyyətini də artıracaq.

Pezeşkian eləcə də qeyd edib ki, sənaye və kənd təsərrüfatı sektorları üçün xammal istehsalında artım gözlənilir: "Bu məqsədə çatmaq ölkənin idxaldan asılılığının azalmasına, eləcə də ölkənin valyuta ehtiyatlarının gücləndirilməsinə və qorunmasına gətirib çıxaracaq".

Xatırladaq ki, İranda etirazlar yerli valyutanın məzənnəsinin azalması və qiymətlərin artması səbəbindən başlayıb. Daha sonra onlar kütləvi etirazlara çevrilib. HRANA-nın məlumatına görə, polislə etirazçılar arasında baş verən toqquşmalarda 2600-dən çox insan həlak olub.

visiontv.az