Ukrayna F-16 qırıcılarını təhvil almağa hazırlaşır
18.04.2024

Rusiya HHM və HHQ-nin 4-cü ordusunun 39-cu helikopter alayının hərbi aerodromuna zərbələr endirilib.

Zərbələr 2 MGM-140 ATACMS taktiki ballistik raketlərlə endirilmişdi.

İlk zərbə S-400 Triumf HHM sisteminin 3 atəş qurğusu və RLS-ə(!!!) endirilib.

İkinci zərbə 77-ci zenit-raket briqadasının təmir mərkəzinə endirilib.

Rusiyanın Cankoydakı aviabazada yerlışdirilən HHM sistemlərinin sıradan çıxarması faktına, Ukrayna Silahlı Qüvvələrinin də bir neçə gün əvvəl həyata keçirdiyi başqa bir əməliyyatla bir kontekstdə yanaşmaq lazımdır. Söhbət Ukrayna Təhlükəsizlik Xidmətinin Bryansk vilayətində Rusiyanın RLS-inə endirdiyi zərbədən gedir. Bu stansiya Ukraynanın 700 km dərinliyində səmanı izləyə bilirdi.

Söhbət modernləşdirilmiş Nebo-U kompleksindən gedir, o, rus qoşunlarına Ukrayna səmasını nəzarət etməyə, HHM sistemləri müəyyənləşdirməyə kömək edirdi və Ukraynaya atılan idarəolunan avia bombaları daşıyan bombardmançılara dəstək verirdi.

F-16-ları Ukrayna səmasında görməyimizə qədər çox az müddət qalıb, amma o zaman qədər, rusların maksimum dərəcədə çox sayda HHM sistemlərini məhv etmək lazımdır.

P.S. Şəkildə məhv edilmiş S-400 Triumf HHM sistemini görürsünüz.

Bir silos quyusu şəkili ola bilər

politoloq Kamran Cəfərov

visiontv.az