"SEPAH-ı terrorist adlandırmaq Britaniyanın maraqlarına uyğun deyil" - Devid Kemeron
01.05.2024

Britaniyanın xarici işlər naziri İranla diplomatik əlaqələrin saxlanılması vacibliyini vurğulamaqla SEPAH-ı terrorist təşkilatlar siyahısına salınmasının Britaniyanın maraqları istiqamətində olmadığını deyib.

“İrana təzyiqləri artırmaq üçün bütün işləri görməliyik. Biz SEPAH-a tamamilə sanksiyalar tətbiq etmişik. Əlavə hərəkətlər lazım deyil” Devid Kemeron deyib.

Nazir Lordlar Palatasının Beynəlxaql Əlaqələr Komitəsində çıxışı zamanı həmçinin vurğulayıb: “açıq danışım. SEPAH-ı terrorist təşkilatları siyahısına salmaqda bir problem var. 

O da, budur ki, bu işi görsək onsuz da az olan diplomatik əlaqələr tamamilə kəsilər. Bu isə Britaniyanın maraqlarına uyğun deyil”.

visiontv.az