Türkiyə Quru Qoşunları 2231 yaşını qeyd edir
Türkiyə Quru Qoşunları 2231 yaşını qeyd edir
28.06.2022 MEDİA Tərəfindən

"Quru Qoşunlarımız indiyə qədər uğurla yerinə yetirdiyi kimi, ölkə daxilində və sərhəddən kənarda da üzərinə düşən vəzifə və öhdəlikləri yerinə yetirməyə davam edəcək."

Visiontv.az TRT Haber-ə istinadən xəbər verir ki, bunu Türkiyə Quru Qoşunlarının yaradılmasının 2231-ci ildönümü münasibətilə Quru Qoşunları Komandanı general Musa Avsever və onu müşayət edən Quru Qoşunları Komandanlığı şəxsi heyətini qəbul edən Milli Müdafiə naziri Hulusi Akar deyib. 

Akar, nazirlikdəki qəbulda təməli Mete Han tərəfindən qoyulan Quru Qoşunlarının köklü tarixi, milli, mənəvi və peşəkar dəyərlərə sadiq qəhrəman və fədakar şəxsi heyəti ilə dünyanın ən hörmətli hərbi qüvvələrindən biri olduğunu bildirib.

Akar deyib:

“Vətənin təhlükəsizliyinin təminatı olaraq Quru Qoşunlarımız üzərinə düşən vəzifələri ölkə daxilində və sərhəddən kənarda uğurla yerinə yetirdiyi kimi, bundan sonra da yerinə yetirməyə davam edəcək. Keçmişi şöhrətlə dolu olan Quru Qoşunlarına yaraşacaq şəkildə, gecə-gündüz demədən verilən tapşırıqları yerinə yetirməyə davam edəcəyik.”

Fotoğraf: AA

Fotoğraf: AA

İlahə Əliyeva