İranın Qum şəhərində Azərbaycana qarşı tədbir keçirib
26.04.2024

İranın Qum şəhərində Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən Taleh Yusifovun (hacı Tağı) həlak olması ilə bağlı tədbir keçirilib.

Bu barədə tədbir təşkilatçılarının sosial media kanallarında paylaşımlar edilib.

Tədbirdə, Azərbaycan Respublikasında axtarışda olan və SEPAH-a sığınan, iranlı mollalar və SEPAH üzvləri iştirak ediblər.

Çıxışçılar Azərbaycan Respublikasına qarşı ənənəvi təxribatçı fikirlər səsləndirib, vətəndaşları iğtişaşa çağırıblar.

Qeyd edək ki, terrorçu fəaliyyətinə görə beynəlxalq axtarışda olan Taleh Yusifov Suriyadan Rusiyaya gedib, 2022-ci ildə isə Azərbaycan Respublikasına ekstradisiya edilib. O, aprelin 22-də İran və Suriyada olduğu zamanlar davamlı istifadə etdiyi narkotik maddələrin fəsadlarından irəli gələn xəstəlik səbəbindən həbsxanada həlak olub.

visiontv.az