Telefon diplomatiyası: Hüseyn Əmir Abdullahianın “bizdən bu qədər” mesajı
Telefon diplomatiyası:  Hüseyn Əmir Abdullahianın “bizdən bu qədər” mesajı
15.04.2024 Elxan Şahinoğlu Tərəfindən

Telefon diplomatiyası başlanıb. İran xarici işlər nazirideyərək İsrailə növbəti hücum planlaşdırmadıqlarını bildirir.

Eyni zamanda ABŞ dövlət katibi Entoni Blinken də okeanın o tayından zənglər edərək digər həmkarlarıyla Yaxın Şərqdəki son vəziyyəti, o cümlədən İran-İsrail qarşıdurmasını müzakirə edirlər. İran və ABŞ düşmən olsalar da, bu iki ölkənin hazırda ortaq istəyi var: İsrail İrana zərbə endirməsin. İran bunu ona görə istəmir ki, bu müharibədə qalib çıxacağına əmin deyil. ABŞ isə İsrailin İrana zərbə endirməsini ona görə istəmir ki, müharibənin alovu ətrafa yayılacaq və Vaşinqton başda İsrail olmaqla bölgədəki digər müttəfiqlərinə hərbi dəstək vermək məcburiyyətində qalacaq ki, prezident seçkisinə hazırlaşan Ağ Ev sahibi Cozef Bayden üçün bu xoşagəlməz ssenaridir. Bu səbəbdən Vaşinqtonun İsrailin baş naziri Benyamin Netanyahuya təzyiqi artıb. Ancaq mühafizəkar siyasətçi olan Netanyahunu durdurmaq asan olmayacaq. Əks halda Netanyahu İranın Suriyadakı konsulluğuna hücum əmri verməzdi. Deməli Netanyahu bundan sonrasını da planlaşdırıb.

Elxan Şahinoğlu

visiontv.az