Amerika, Avropa və Ərəb rəsmilərinin fikrincə, İran qüvvələri Əsəd rejiminin dekabr ayında süqutundan sonra Suriyadan böyük ölçüdə geri çəkilib, Tehranın Yaxın Şərqdəki strategiyasına ciddi zərbə dəyib.
GünazTV "The Wall Street Journal"-a istinadla xəbər verir ki, İran rejimi 2011-ci ildə “Ərəb baharı”-ından sonra Bəşər Əsəd rejimini dəstəkləmək üçün milyardlarla dollar xərcləyib və minlərlə hərbçi və müttəfiq döyüşçülərini Suriyaya göndərib. Suriya İranın Yaxın Şərqdəki əsas dövlət müttəfiqi və Tehranın özünün “müqavimət oxu” alyansındakı ən güclü silahlı dəstəsi olan Hizbullaha körpü rolunu oynayırdı.
Əsəd rejimi süqut etdikdə, İranın dəstəklədiyi minlərlə milis döyüşçüsü hələ də ölkədə, əsasən Suriyanın şərqində, bəziləri isə Dəməşq, Hələb və başqa yerlərə səpələnib. Qərb və ərəb rəsmiləri bildiriblər ki, Suriyanın şərqində olanların çoxu, o cümlədən SEPAH zabitləri, əfqan, iraqlı, livanlı və suriyalı döyüşçülərlə birlikdə İraq tərəfindəki sərhədyanı Əl-Qaim şəhərinə qaçıblar. Dəməşqdə məskunlaşan iranlıların bir qismi Tehrana uçub, ölkənin qərbindəki Hizbullah döyüşçüləri isə avtomobil yolu ilə Livana qaçıblar.
İraqın Vaşinqtondakı səfirliyi və xarici işlər nazirliyi mövzu ilə bağlı sorğuya cavab verməyib. İranın Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı nümayəndəliyi qüvvələrin Suriyadan çıxması ilə bağlı şərh verməkdən imtina edib.
Dövlət Departamentinin Yaxın Şərq üzrə yüksək səviyyəli rəsmisi Barbara Leaf iranlıların Suriyadan tamamilə çıxıb-çıxmadığını soruşduqda, bu şəkildə cavab verib: “Təxminən, bəli”.
Eyni zamandı açı açıqlanmayan Qərb diplomatı “Wall Street Journal”a bildirib ki, “Minlərlə iranlı hərbçi və onların müttəfiqləri ölkəni tərk etdikdən sonra xeyli sayda hərbi texnika və silahları tərk etmək məcburiyyətində qalıblar, onların çoxu sonradan İsrailin hava hücumları nəticəsində məhv edilib və ya Heyət Təhrir əl-Şam (HTŞ) və digərləri tərəfindən əsir götürülüb”.
Yaxın Şərq və Afrika Araşdırmaları Mərkəzi “Moshe Dayan”nın məlumatına görə, Suriyada vətəndaş müharibəsi zamanı İranın Suriyada 10 000-ə qədər SEPAH qüvvəsi və daha 5 000 əsgəri, üstəlik, İranın dəstəklədiyi minlərlə daha çox milis qüvvəsi olub.
Araşdırmalar göstərib ki, İranın Suriyada 515 hərbi məntəqədən əlavə 55 hərbi bazası olub.
Səudiyyə Ərəbistanına məxsus “Al Majalla” xəbər saytı da Suriyada Əsədin hakimiyyəti altında 830 xarici hərbi obyektin olduğunu, bunun 70%-nin, yəni 570-nin İrana aid olduğunu bildirib.
Bu arada Tehranda iğtişaşlar getdikcə pisləşən iqtisadi böhran və artan inflyasiya səbəbindən artır. Və ABŞ-a gələn Tramp administrasiyası çox güman ki, sanksiyaları sərtləşdirəcək.
Şahin Elxanoğlu
visiontv.az