Kreml Ermənistanın həm Aİ, həm də Aİİ-nin tərkibində ola biləcəyinə şübhə ilə yanaşır
09.01.2025

Kreml Ermənistanın həm Aİ, həm də Aİİ-nin tərkibində ola biləcəyinə şübhə ilə yanaşır

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Ermənistan hökumətinin ölkənin Avropa İttifaqına üzvlüyü prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqləməsinə münasibət bildirərkən deyib.

"Bu Aİ-yə üzvlük nə deməkdir? Bunu indidən söyləmək çətindir, çünki əlbəttə ki, iki fərqli təşkilatın üzvü olmaq, hipotetik desək, mümkün deyil. Əlbəttə, bu, Ermənistanın suveren hüququdur. Biz bilirik ki, Avrasiya İqtisadi İttifaqına üzvlük faydalıdır", deyə Kremlin rəsmi nümayəndəsi Moskvanın mövqeyini açıqlayıb.

Qeyd edək ki, Ermənistan hökuməti bu gün ölkənin Aİ-yə üzvlüyü prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqləyib.