Tehranın işğalçı Rusiyaya dəstək verməsinin əziyyətini İran vətəndaşları çəkir
26.07.2024

Rusiyanın Ukraynaya qarşı hücumu işğalçılıqdır və Tehranın işğalçı Rusiyaya dəstək verməsinin əziyyətini İran vətəndaşları çəkir.

Bu sözləri Tehran şəhərinin onlarla sakini "Amerika səsi"nin fars bölməsinə verdikləri müsahibədə deyiblər.

Onlar Tehranın Rusiyaya hərtərəfli dəstəyinin dünyada iranlılara qarşı mənfi münasibətin yaranmasına səbəb olduğunu söyləyiblər:

"İranın xüsusilə Ukraynaya hücum üçün Rusiyaya PUA yardımı beynəlxalq ictimaiyyətin İran və iranlılara qarşı mənfi münasibət bəslənməsi, Qərbin snksiyalarının artması ilə ilə nəticələnib. Bizim boğazımızdan kəsib Rusiyanın işğalçılıq siyasətinin genişlənməsi üçün xərcləyirlər, bu bizə lazim deyil",- tehranlılar bildiriblər.

Vətəndaşlardan bəziləri yoxsul yaşayış şərayitləri və boş soyuducularını göstərərək hakimiyyətin öz mövcudluğunu qorumaq üçün onların səfil günə düşməsinə göz yumduğunu, ancaq işğalçını himayəetdiyini söyləyiblər.

Onlardan bəziləri Tehran-Moskva müttəfiqliyini bölgə və dünya, xüsusən iranlılar üçün bəla mənbəyi olduğunu deyiblər.

visiontv.az