Təbrizli rabitə işçiləri etiraz aksiyası keçirib
26.07.2024

Şərqi Azərbaycan əyalətinin Rabitə və Telekommunikasiya şirkətinin işçiləri etiraz aksiyası keçiriblər.

Bu barədə işçi hərəkatı fəallar məlumat yayıb.

Etirazçılar Şərqi Azərbaycan əyalətinin Rabitə və Telekommunikasiya Şirkətinin Təbrizdəki mərkəzi ofisinin qarşısına toplaşıblar.

Narazı işçilər əmək haqlarının ödənilməməsinə, siğorta və qanunla nəzərdə tutulmuş başqa hüquqlarının təmin olunmamasına etiraz ediblər.

Qeyd edək ki, iyulun 23-də də təqaüdə çıxmış rabitə işçiləri oxşar aksiya keçirib, təqaüdlərinin artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

visiontv.az