Tambov vilayətinin Kotovsk şəhərində dron hücumu nəticəsində "Wildberries" şirkətinin logistika mərkəzi tamamilə məhv edilib.
Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarının (PUA) Tambov vilayətinə hücumu nəticəsində "Wildberries" marketpleysinin logistika mərkəzində yanğın baş verib.
Visiontv.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Tambov vilayətinin qubernatoru Yevgeni Pervışov bildirib.
O, həmçinin deyib ki, hücum nəticəsində iki nəfər xəsarət alıb, onlara tibbi yardım göstərilir.
visiontv.az