Şuşada müxtəlif markalı silahlar aşkar edilib
05.03.2024

Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan  AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə keçirilən tədbir zamanı müxtəlif markalı 8 avtomat, 5 tapança, 1 pulemyot, 9 ov silahı və s. aşkar olunaraq müvafiq qaydada götürülüb.

Faktla bağlı araşdırma aparılır.

visiontv.az