Sinqapur prezidenti Həlimə Yaqub..."Qadın dövlət xadimləri" rubrikası...
Sinqapur prezidenti Həlimə Yaqub..."Qadın dövlət xadimləri" rubrikası...
06.02.2023 MEDİA Tərəfindən

Həlimə bin Yaqub Malay mənşəli Sinqapur siyasətçisidir. Həlimə Yaqub, 13 sentyabr 2017-ci il tarixindən Asiya ölkəsi Sinqapurun səkkizinci prezidenti kimi dövlət başçısı vəzifəsinə seçilib.

2001-ci ildən bəri siyasətdə olan Həlimə, 2013-cü ildən bəri Sinqapurda parlamentin sədri vəzifəsini icra edirdi. 7 avqust 2017-ci ildə qarşıdakı prezident seçkilərində iştirak etmək üçün vəzifəsindən istefa verən Həlimə Yaqub, 23 sentyabr 2017-ci il tarixində keçiriləcək seçkilərdəki namizədliyini açıqladı. 2017-ci il prezident seçkilərinə namizəd olan namizədlər arasında yeganə müvafiq namizəd olduğu elan edildikdən sonra, seçkilərə ehtiyac olmadan 11 sentyabr 2017-ci il tarixində ölkənin yeni prezidenti elan edilib.

Sinqapur prezidenti Həlimə Yaqub ən çox qazanan ölkə başçıları arasındadır. Belə ki, ictimai etirazlara görə Sinqapur prezidentinin maaşının 28 faiz azaldılmasına baxmayaraq, Həlimə Yaqub, ildə 2,2 milyon Sinqapur dolları qazanır. Ölkədə orta aylıq əmək haqqı isə 4 min Sinqapur dollarıdır. Həlimə Yaqubun aylıq qazancı isə 12 000 ABŞ dollarıdır. 

Bünyamin Bünyadzadə

Visiontv.az