Bu barədə "The Telegraph" nəşri məlumat yayıb.
Ser Keir Starmer İran prezidenti ilə telefon danışığında Məsud Pezeşkiana “ciddi səhv hesablama riskinin” olduğunu deyib və İranı “İsrailə hücum etməkdən çəkinməyə” çağırıb.
İsrailin müttəfiqləri, o cümlədən Almaniya, Fransa, İtaliya və ABŞ da eyni mövqedən çıxış edib.
Qüds qüvvələrinin komandiri Qasım Süleymani 2020-ci ilin yanvarın 3-də Bağdad Beynəlxalq Hava Limanının yaxınlığında terror yolu ilə qətl edildi. Əməliyyatı ABŞ icra etsə də generalın yeri ilə bağlı kəşfiyyat materiallarını İsrail Pentaqona ötürmüşdü...
Nə o vaxt, nə də ondan sonra İran İsrailə qarşı hər hansı bir uğurlu hərbi əməliyyat keçirə bilmədi. Heç qınamalı da deyil. Çünki qarşı tərəf son dərəcə güclüdür. Ona görə də İranın molla rejimi öz nüfuzuna xələl gətirmədən vəziyyətdən çıxmağa çalışır. Bu isə son dərəcə çətindir...
Bu arada Rusiya da İranı İsrailə hücum etməkdən çəkinməyə çağırmışdı. Bu çağırış İrana müəyyən manevr imkanları yaradıb...
Elbəyi Həsənli
visiontv.az