Növbəti köç karvanı Şuşa, Xocalı şəhərlərinə və Xocalının Ballıca kəndinə çatıb.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu gün Şuşa, Xocalı şəhərlərinə və Xocalının Ballıca kəndinə 28 ailə (135 nəfər) köçürülüb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin də iştirakı ilə ailələrə mənzillərin açarları təqdim edilib.