Evin həbsxanasında məhbuslarla nəzarətçiləri arasında qarşıdurma olub: Yaralananlar var
18.04.2025

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, qarşıdurma həbsxananın 4-cü bölməsində saxlanılan 5 siyasi məhkumun edam üçün Kərəcin Qılızhisar həbsxanasına köçürülməsi zamanı baş verib.

Başqa siyasi məhbuslar 5 siyasi məhkumun köçürülməsinə mane olublar, həbsxanaya çağırılan xüsusi qüvvələr etirazçı məhbuslara hücum edib, nəticədə bir neçə məhbus yaralanıb.

Edama məhkum edilən Məhəmməd Təqəvi, Puya Qubadi, Vəhid Bəniamerian, Əliəkbər (Şahrox) Daneşvərkar və Babək Əlipur, hökumətə müxalif "Xalq Mücahidləri Təşkilatı"na üzv olmaqda günahlandırılıblar.

Qeyd edək ki, İranın müxtəlif bölgələrində 54 nəfər siyasi və təhlükəsizlik ittihamlarına görə edama məhkum edilib.

Bununlayanaşı siyasi ittihamlara görə həbs edilən daha bir neçə nəfərin də barəsində edam hökmünün çıxarılacağı gözlənilir.

visiontv.az