İranlı reper Əmir Hüseyn Məqsudlu barəd edam qərarı verilib
18.04.2025

2023-cü ilin dekabrında Türkiyədə saxlanılaraq İrana təhvil verilən məşhur reper Əmir Hüseyn Məqsudlu (Tətəlu) barəd edam qərarı verilib.

Bu barədə İran məhkəməsinin sözçüsü Əsgər Cahangiri məlumat yayıb.

Reper, "əxlaqsızlığı və fahişəliyi təşviq etməkdə" və "peyqəmbəri və islam müqəddəslərini təhqir etmək"də günahlandırılıb.

Əsgər Cahangirinin sözlərinə görə, Əmir Hüseyn Məqsudlu (Tətəlu) barəsində çıxarılan hökmlə bağlı apelliyasiya şkayəti verib və işinə Ali Məhkəmədə baxılır.

Qeyd edək ki, bundan əvvəl qeyd olunan ittihama görə müğənni barədə 10 il həbs qərarı çxarılmışdı və o hazırda Tehran həbsxanasında həbs cəzasını çəkir.

visiontv.az