Sabahın hava PROQNOZU
15.02.2025

Fevralın 16-da gözlənilən hava şəraiti açıqlanıb.

Fevralın 16-da gözlənilən hava şəraiti açıqlanıb.

Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında hava necə olacaq?
Gecə temperaturu: 1-6° isti
Gündüz temperaturu: 9-14° isti

Atmosfer təzyiqi: 762 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət: gecə 75-85 %, gündüz 60-70 % olacaq.


Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.


Azərbaycanın rayonlarında hava necə olacaq?


Gecə temperaturu 2° şaxtadan 3°-dək isti


Gündüz temperaturu 11-16° isti


Dağlıq rayonlarda gecə temperaturu 5-10°şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta


Gündüz temperature 0-5° şaxta olacaq.


Yollarda buzlanma gözlənilir


Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.