İranda davam edən etiraz aksiyaları fonunda bir qrup iranlı sənətçi baş verən hadisələrə etirazlarını sənət vasitəsilə ifadə edib. Onlar etirazlar zamanı baş verən zorakılıqları əks etdirən karikatura və rəsmlər hazırlayıblar.
Sənət işlərində təhlükəsizlik qüvvələrinin repressiv hərəkətləri, etirazlar zamanı həyatını itirən insanlar və İslam Respublikasının vətəndaşlara qarşı tətbiq etdiyi zorakılıq açıq şəkildə təsvir olunur. Rəsmlərdə həmçinin kütləvi aksiyalar zamanı hakimiyyətin interneti geniş miqyasda kəsməsi və insanların bir-birindən xəbərsiz qalması da əksini tapıb.
Etiraz sənəti uzun illərdir səsini eşitdirə bilməyən insanlar üçün təsirli ifadə vasitəsi olub. Rəqəmsal dövrdə isə bu sənət növü sosial şəbəkələr və virtual platformalar vasitəsilə daha geniş auditoriyaya çataraq yeni formalar qazanıb.
visiontv.az