Rejim maliyyə subsidiyası alanların sayını azaltmağa çalışır
08.01.2025

Məsud Pezeşkian hökumətinin sözçüsü nağd pul subsidiyaları alanların sayının yenidən təyin edilməli olduğunu açıqlayıb.

Bu barədə Fatimə Mühacerani dövlət qəzetində dərc olunan yazısında bildirib. O, iqtisadi göstəricilərin dəyişdiyini və insanların maddi imkanlarının son on ildəki rəqəmlərlə müəyyən edilə bilməyəcəyini bildirib.

Mühaceraninin sözlərinə görə, hökumətin imkanları məhduddur və dövlətin əsas məqsədi həssas qrupa daxil olan insanları dəstələməkdir.

İranan növbəti ilin dövlət büdcəsi layihəsində nağd pul subsidiyaları üçün olan ayırmaların azalması hökumətin subsidiyaları alanların  sayını azaltmağı planlaşdırdığını göstərir.

Qeyd edək ki, İranda əhalinin 1/3 hissəsi yoxsulluq səviyyəsinin altında yaşayır.

visiontv.az