Edama məhkum edilən siyasi məhbusların siyahısı yayıldı
08.01.2025

İranın müxtəlif bölgələrində 54 siyasi məhbusl siyasi və təhlükəsizlik ittihamlarına görə edama məhkum edilib.

Bu barədə insan haqları təşkilatları məlumat yayb.

Məlumata görə, məhbuslardan bir çoxunun hökmü İran Ali Məhkəməsi tərəfindən təsdiq olunub, bir neçəsinin hökmü isə icra olunmaq üçün əlaqədar qurumlara göndərilib.

Bu məhbuslardan ən azı 24-nün ölüm hökmünü Tehranın İnqilab və Cinayət Məhkəmələri verib, daha 30-u isə başqa 5 əyalətdə edama məhkum ediliblər.

Onların arasında bir nçə azərbaycanlının, o cümlədən əslən Sarab şəhərindən olan İsveç vətəndaşı Professor Əhmədrza Calalinin də adı var.

İnsan haqları tşkilatlarının bildirdiyinə görə, edama məhkum edilən siyasi məhbusların sayı siyahıda göstəriləndən çoxdur.

"Bu sadəcə kimlikləri və ittihamlarının müəyyənləşdirildiyi məhbusların siyahısıdır",- məlumatda qeyd olunub.

visiontv.az