Qətər hökuməti İran səfirliyindəki hərbi attaşe və təhlükəsizlik attaşesinin, eləcə də bu iki idarənin əməkdaşlarının arzuolunmaz şəxslər elan edib.
Bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik İran İslam Respublikasının bu ölkədəki səfirliyinə rəsmi nota göndərildiyini bildirib. Notaya əsasən, İran səfirliyindəki hərbi attaşe və təhlükəsizlik attaşesi, bu iki idarənin əməkdaşları ilə birlikdə arzuolunmaz şəxslər elan edilib və Qətər ərazisini maksimum 24 saat ərzində tərk etmələri istənilib.
Bu, Qətər Xarici İşlər Nazirliyinin Protokol Departamentinin direktoru İbrahim Yusif Fəxronun İran İslam Respublikasının bu ölkədəki səfiri Əli Salehabadi ilə görüşündən sonra atılıb.
Qətər Xarici İşlər Nazirliyi izah edib ki, bu qərar İranın Qətərin suverenliyinə və təhlükəsizliyinə qarşı təkrarlanan və düşmənçilik hərəkətləri və davranışlarından sonra qəbul edilib;
"Bu hərəkətlər beynəlxalq hüququn və Təhlükəsizlik Şurasının 2817 saylı qətnaməsinin, eləcə də mehriban qonşuluq prinsiplərinin açıq şəkildə pozulmasıdır".
Nazirlik vurğulayıb ki, əgər İran bu davranışlarını davam etdirərsə, Qətər öz suverenliyini, təhlükəsizliyini və milli maraqlarını qorumaq üçün əlavə tədbirlər görəcək.
Həmçinin qeyd olunub ki, Qətər hökuməti beynəlxalq hüquq çərçivəsində öz təhlükəsizliyini və suverenliyini qorumaq üçün lazımi tədbirləri görmək hüququnu özündə saxlayır.
visiontv.az