Psixoloji proyeksiya, natamamlıq kompleksi, deindividuasiya və ya sosial şəbəkə “hater”ləri niyə var?
19.01.2026

Sosial şəbəkələrdə hater davranışı bir neçə psixoloji mexanizmin üst-üstə düşməsi ilə izah olunur. Ən əsas mexanizmlərdən biri psixoloji proyeksiyadır: insan özündə qəbul edə bilmədiyi zəiflikləri və narazılıqları başqalarına yansıdaraq onları tənqid edir.

Natamamlıq kompleksi (inferiority complex) olan şəxslər öz dəyər hissini qorumaq üçün başqasını alçaltmaqla süni üstünlük hissi qazanmağa çalışırlar. Deindividuasiya effekti isə onlayn anonimlik şəraitində məsuliyyət hissini azaldır, empati zəifləyir və sosial normativ nəzarət itir. Bu zaman aqressiv şərh yazmaq beyində dopamin ifrazını artıraraq müvəqqəti emosional rahatlama yaradır. Nəticədə haterlik davranışı daxili narahatlıq, özünə dəyər çatışmazlığı və emosional tənzimləmə problemlərinin kompensasiya mexanizmi kimi formalaşır və virtual mühitdə daha sərbəst şəkildə üzə çıxır.

Neandertal

visiontv.az