Protokollaşdırılmış yalan: Və ya haylarla farsların "tarix" üzərindən həmrəyliyi...
15.01.2025

İrəvanda səfərdə olan İran parlamentinin Ermənistanla dostluq qrupunun üzvləri ötən gün qondarma “erməni soyqırımı” abidəsini ziyarət ediblər. Bu da onu göstərir ki, molla rejimi hər zaman olduğu kimi Ermənistanın bu yalanını da açıq şəkildə dəstəkləyir.

Əlbəttə, rəsmi Tehran məsələyə operativ reaksiya verib deyə bilər ki, bu, Ermənistanın rəsmi dövlət protokolunun tələbinə uyğun atılmış addımdır.

Tutarlı əks arqumentdir. Çünki sözügedən abidənin xarici rəsmi qonaqlar tərəfindən ziyarət olunması tələbi həqiqətən də Ermənistanın dövlət protokolunda yer alıb və bu məcburidir.

Lakin bəzən elə hallar da olur ki, bu və ya digər dövlət başçısı və ya nümayəndə heyəti səfərə gəldiyi ölkələrin ziyarət protokolundakı bu qəbildən olan tələblərə əməl etməkdən imtina edir.

Bu mənada iranlı deputatlar da istəsəydilər, İrəvandakı qondarma "soyqırım" abidəsini ziyarət etməkdən imtina edə bilərdilər. Lakin etmədilər.

Zənnimcə, onlar bu abidəni hətta protokolun tələbi olmasa da belə, yenə də ziyarət edəcəkdilər. Sırf Türkiyənin acığına, Azərbaycanın acığına ziyarət edəcəkdilər. Çünki bu, haylarla farsların ortaq həmrəylik nöqtələrindən biridir. Saxta "tarix" üzərindən ərsəyə gətirilmiş siyasi həmrəylik nöqtəsi...

Ona görə də molla rejimini və onun parlament təmsilçilərini 1915-ci il 24 aprel hadisələrinin gerçək mahiyyətinin haylar tərəfindən təhrif edilməsi və "erməni soyqırımı" tezisinin böyük bir yalan, siyasi və ideoloji spekulyasiya olması faktı əsla maraqlandırmır.

Çünki 110 illik "soyqırım" yalanı haylara da, farslara da hava-su kimi lazımdır.

Ancaq gün gələcək, bu spekulyasiyaya da son qoyulacaq, Azərbaycan və Türkiyə İrəvandakı "soyqırım" kompleksinin sökülməsinə və "soyqırım" propaqandasının dayandırılmasına da nail olacaq. Bəli, biz bunu Ermənistanın denasifikasiyası, defaşizasiyası çərçivəsində həyata keçirə bilərik. Eləcə də qatı türk düşməni Njdenin də İrəvandakı abidəsini sökə bilərik.

Bir 9 nəfər, alov və abidə şəkili ola bilər

Bəybala Mirzəyev

visiontv.az