Netaniyahu İrana qarşı ittifaq yaratmağa çağırdı
26.07.2024

Amerikada səfərdə olan İsrailin baş naziri benyamin Netaniyahu İran təhdidlərinin qarşısını almaq üçün Orta Şərqdə itifaq yaratmağa çağırıb.

O, bu barədə ABŞ Konqresindəki çıxışında təklif irəli sürüb.

Baş nazir İsrail və ABŞ-in İran üçün eyni olduğunu və hər ikisinə qarşı təhlükə törətdiyini söyləyib:

"İsrail İranın birinci, Amerika isə ikinci hədəfidir. İsrailin HƏMAS, Hizbullah və husilərlə döyüşü əslində Amerikanın ən təhlükəli düşməni İranla müharibədir, biz əslində İranla döyüşürük".

Benyamin Netaniyahu İsraillə sülh müqaviləsi bağlayan və bunda maraqlı olan bütün ölkələrin İrana qarşı ittifaqa qoşulmağa çağırıb.

visiontv.az