Mürsəl Rüstəmov ATİB-in sədri seçilib
09.12.2023

Bu gün Bakıda Türkiyə və Azərbaycan İş Adamları Birliyi (ATİB) Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü ili “Heydər Əliyev İli” elan etməsi ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq “Heydər Əliyev 100 - Bir millət, iki dövlətin iş dünyası” mövzusunda konfrans keçirilib.

ATİB-in ümumi yığıncağının növbəti iclası Türkiyə səfiri Cahit Bağçının himayəçiliyi ilə keçirilib.

Konfrans və ümumi yığıncağın gündəliyinə Divan sədrinin və katiblərin seçilməsi, birliyin İdarə Heyətinin 2022-2023-cü il üzrə fəaliyyəti barədə hesabatının təsdiq edilməsi, Təftiş Komissiyasının 2022-2023-cü il üzrə fəaliyyəti barədə hesabatı, komissiya tərəfindən təqdim edilmiş rəyə əsasən, birliyin 2022-2023-cü il üzrə illik balansını və maliyyə hesabatlarının təsdiq edilməsi, birliyin İdarə Heyətinin sədrinin, İH üzvlərinin və ehtiyat üzvlərinin növbəti 3 ilə seçilməsi, birliyin Təftiş Komissiyasının və ehtiyat üzvü tərkibinin yenidən seçilməsi, 2024-cü il büdcəsinin təqdim olunması və digər məsələlər daxildir.

Tədbirdə  Mürsal Rüstəmov ATİB-in sədri seçilib.

Qeyd edək ki, tədbirdə Azərbaycan və Türkiyə dövlət rəsmiləri, Azərbaycandakı Türkiyə səfirliyinin nümayəndələri, deputatlar, sahibkarlıq təşkilatlarının rəhbərləri, iş adamları, idarəçilər və ictimaiyyətin nümayəndələri iştirak edirlər.

Visiontv.az