İnqilabın həvariləri
24.10.2024

Vladimir Pçelinin (Владимир Пчелин) 1925-ci ildə çəkdiyi “Bolşeviklərin 23 (10) oktyabr 1917-ci il iclasında silahlı üsyanla bağlı tarixi qərar. İnqilabın həvariləri” adlı əsəri.

Tabloda Lenini və iclasın 12 digər iştirakçısını görürük. Ancaq Lenini tanımaq çətindir, o, məxfilik üçün saçını kəsib parik taxır, lüteran pastorunun kostyumunu geyinib.

İclasdakı terrorçular bunlar idi (soldan sağa):

Sokolnikov, Lomov, Uritsky, Lenin, Sverdlov, Kollontay, Stalin, Dzerjinski, Fofanova, Kamenev, Bubnov, Zinovyev, Trotski.

Qırmızı cəlladların bu bədnam qərarı Dünya tarixinin axarını dəyişdirdi. Oktyabr inqilabı olaraq adlandırdıqları Dövlət Çevrilişi qarşıdakı 100 ildə 100 milyonlarla insanın ölümünə səbəb olacaqdı...

İbrahim Nəbioğlu

visiontv.az