“Müharibə yenidən başlasa, onun miqyası bölgənin hüdudlarını aşacaq”
31.05.2026

İran Silahlı Qüvvələrinin sözçüsü, briqada generalı Əbülfəzl Şikarçi bildirib ki, müharibə yenidən başlasa, onun miqyası regionun hüdudlarını aşacaq.

O, “Əl-Cəzirə” telekanalına müsahibəsində qeyd edib ki, hər hansı hücum daha sərt və daha güclü cavabla qarşılanacaq.

Şikarçinin sözlərinə görə, İran mümkün yeni müharibə ssenarisinə hazırdır və ABŞ və İsrailin hücumu halında hədəflər əvvəlcədən müəyyən edilib.

General vurğulayıb ki, növbəti qarşıdurmada cavab əvvəlkilərdən fərqli olacaq və bölgə daha geniş hərbi eskalasiya riski ilə üzləşə bilər.

“Əgər İranın neft ixracına maneələr yaradılarsa, Tehran bölgədən neft daşımalarının qarşısını almaq kimi addımları nəzərdən keçirə bilər”, - deyə, Şikarçi vurğulayıb.

visiontv.az