"Mənim prioritetim İran xalqının dolanışığı və həyatıdır"
30.05.2026

İran prezidenti Məsud Pezeşkian Dövlət Televiziya və Radio Təşkilatının rəhbərliyi ilə görüşündəki çıxışında deyib:

"Mənim prioritetim İran xalqının dolanışığı və yaşayışıdır.

Əgər bu problemlər həll olunarsa, Amerika və İsrail ölkəmizdə plan qura bilməzlər.

Özünütəminetmə və qənaət məsələlərində hökumətə kömək edə bilərsiniz.

Əgər israfçılıq etməsək, ölkəni elə idarə edə bilərik ki, heç bir çətinliklə qarşılaşmayaq.

Bizim birliyə və həmrəyliyə ehtiyacımız var.

Xalqın qarşısında xəcalətli qalmamaq üçün bizə kömək edə biləcək hər kəsi əməkdaşlığa dəvət edirik".

visiontv.az