İsrail ordusu Livanda "Hizbullah" obyektlərinə genişmiqyaslı zərbələr endirir
12.03.2026

İsrail ordusu Livanın cənubunda, Dov dağı ərazisində "Hizbullah"a qarşı bir neçə əməliyyat keçirir.

Visiontv.az  Oxu.Az -a istinadən  xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb. 

"Əməliyyatın məqsədi İsrailin şimal bölgəsinin sakinləri üçün müdafiəni gücləndirməkdir. Hücum zamanı "Hizbullah"ın dayaq məntəqələri, raket qurğuları, minaatan mərmilər və digər silahların saxlandığı anbarlar aşkarlanıb.

Aşkar edilən bütün silahlar  İsrail hərbçiləri tərəfindən məhv edilib", - deyə məlumatda bildirilib.

visiontv.az