"Məqsədim, azərbaycanlı olaraq adımı orada daimi saxlamaqdır"
14.07.2023

2023 - cü il aprelin 1-də Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasının “College Awards” – Gənclər Emmisi mükafatının təqdimat mərasimi keçirilib.  Bundan başqa Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Amerika Televiziya İncəsənəti və Elmləri Akademiyasının üzvü, rejissor Kamran Qasımov Amerika Televiziya İncəsənəti Akademiyasının iyunun 7-dən etibarən, bu ilin payızında keçiriləcək payız-təcrübə proqramında münsiflər heyətinin üzvü kimi iştirak edib.

Tədbir Los-Ancelesdə keçirilib. Beləliklə, Kamran Qasımov bu barədə Visiontv.az saytına müsahibə verib: 

Necə oldu ki, beynəlxalq və kifayət qədər nüfuza malik Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasının münsiflər heyətinin  üzvü oldunuz? 

Mən əslində serial sənayesinə həddən artıq böyük diqqət göstərən bir insan olmuşam. Əvvəllər məhşur seriallar var idi. Misal üçün, “Santa Barbara”,  “Melrose Plays”, “Sunset Beach – in sirləri və sevgisi” və bu tip seriallar mənim üçün həmişə maraq doğururdu. Bir neçə il əvvəl şirkətlərdən birinin dəvəti ilə orada ssearist qismində serial istehsalı ilə məşğul olmağa başladım. Mən Amerika modelini əsas götürürdüm. Çünki, əslində  bu gün hətta Türkiyə seriallarının kökündə də Amerika modeli dayanır. Bu day time, prime time ideaları da məhz burada gəlir. Mən hər zaman maraq göstərirdim ki, bu seriallar Amerikada harada cıdıra çıxır və ya yarışır. Ən yaxşı mükafat hansıdır və s. Mən “Emmy” mükafatının bir növ tədricən pərəstişkarına çevrildim. “Emmy” mükafatı Amerikada 1946 – cı ildə yaradılmış, Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasının təsis etdiyi mükafatdır. Amma bu gün o mükafat 3 müxtəlif qurum tərəfindən verilir. Onlar, Amerika Milli Televiziya Akademiyası, Amerika Televiziya Sənətləri Akademiyası və “Emmy” Beynəlxalq Televiziya akademiyasıdır. 

Bu 3 qurumun mülkiyyəti ümumilikdə “Emmy” mükafatıdır. Yəni, “Emmy” 3 qurum tərəfindən mükafat olaraq təqdim edilmək hüququna malikdir. Mən gördüm ki, onların televiziyaya yanaşma tərzi başqadır. Onlar televiziyaya praqmatik yanaşırlar. Burada stimul olmalıdır. Hər il insanlar mübarizə aparır. Misal üçün  biz təbii ki,qonorarları, qazancları fikirləşirik. Amerikada isə bu məsələ çoxdan həll olunub. Çünki, bu ölkə kinomatoqrafiya ölkəsidir.Orada ən böyük problem “Emmy”mükafatı uğrunda mübarizə aparmaqdır. Ona görə də mən bu mükafatı dərindən öyrəndim. O komanda ilə əlaqə qurdum. Özümü təqdim etdim və orada iştirak etmək istəyimi bildirdim.  Seriallarımın olub – olmamasını soruşdular. Bildirdim ki,var. Hətta seriallardan birini ingilis dilinə çevirib alt yazı ilə göndərdim. Sonra başqa tələblər qoyuldu. Amma ən birinci tələb müəllimlik fəaliyyətinin olması idi. Burada gərək həm ssenari yazasan həm də müəllim kimi fəaliyyət göstərəsən. Bir il ərzində böyük bir yazışma oldu. Mənə hansı məqsədlə ora üzv olmağım soruşulurdu. Mən isə bildirirdim ki, bu mənim arzumdur. Və mən televiziya tarixinin bir parçasına çevrilmək istəyirəm. 

Həqiqətən də  “Emmy” mükafatı dünya televiziya tarixinin bir parçasıdır. Biz mükafatda təkcə bədii serialları nəzərdə tutmuruq. Orada teleşoular, tok – şoular var. Jurnalistlərə də diqqət ayrılır. Amma prime – times isə əsasən televiziya verilişləri və serialları nəzərdə tutur. Ümumiyyətlə Amerikada teleşoular anlayışı var. Mən onlarla uzun müddət yazışmadan sonra onlardan dəvət gəldi ki, biz sizi təsdiqləyə bilərik və lazımi sənədləri göndərin. Burada da bir sıra proseslər oldu.  Nəhayət mən həmin Akademiyanın üzvü seçildim. Mən ötən ilin fevral ayının sonunda məktub almışdım. O məktubu almaq inan ki, necə bir xoşbəxlik idi. Təsəvvür edə bilməzsiniz. Biz təbii ki, daimi deyilik. Bu gün varıq sabah yoxuq.  Amma bir neçə il sonra oradakı arxiv qaldırılanda deyəcəklər ki, burada bir azərbaycanlı da üzv olub. Bax bu mənim üçün hər şeyə dəyər. Çünki, Amerika Televiziya Akademiyasının üzvü olsam da mənim mənsubiyyətim Azərbaycandır və azərbaycanlı olmağımdır.

Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasının münsiflər heyətindən təmsil olunmaq Azərbaycan kinosuna nə verir? Ümumiyyətlə Azərbaycan bu cür mötəbər platformada təmsil olunmaqla kino indsutriyamıza hanı müsbət siqnallar verə bilər?

Orada iki yanaşma var. Biri Teleakademiyanın üzvü olmaq, digəri isə Münsiflər heyətinin üzvü olmaqdır. Bunlar isə fərqli – fərqli məsələlərdir.  Əslində Münsiflər heyəti konkret mükafatlar, konkret hansısa təcrübə proqramları üçün fəaliyyət göstərən Akademiyanın üzvləridir. Bu da dəvət əsasında olur.  Misal olaraq, onlar baxırlar ki, hansı üzv aktivlik göstərir və Akademiyanın fəaliyyətində iştirak etmək istəyir. 

Onu deyim ki, mən orada iki dəfə Münsiflər heyətinin üzvü oldum. Bir dəfə “College Awards” bir də Payız təcrübə proqramında 11 ştatdan seçilən tələbələrin təkmilləşdirmə proqramında mən üzv oldum. Mən həmişə demişəm ki, media sahəsi genişdi. Bizdə media yalnız jurnalistika kimi qəbul olunur. Amma media əslində kinonu da televiziyanı da və digər sahələri də əhatə edən anlayışdı. Bu isə bizə təcrübə qazandıra bilər. Bizim bu gün keçmək istədiyimiz yolları Amerika Birləşmiş Ştatları 70 – 80 il bundan əvvəl keçibdir. Bu gün Amerika Birləşmiş Ştatları üçün bizim keçdiyimiz yol artıq sınanmış təcrübədir. Hesab edirəm ki, Münsiflər heyətinin üzvü olmaq ölkəmiz adına yaxşıdır. Ölkəmiz adına və özüm üçün bir azərbaycanlı olaraq uğur  hesab edirəm. Digər tərəfdən də hesab edirəm ki, Münsiflər heyətində olmaq mənə privliyalar qazandırır. Ona görə ki, təcrübə qazanıram və o təcrübəni də bölüşürəm. Qeyd edim ki, Mədəniyyət və İncəsənət Universitetidə də dərs deyirəm. O təcrübələrimi tələbələrlə də bölüşürəm. Bundan başqa televiziya kanallarında, sinema və kinoradio kanalımız var. Mədəniyyət nazirliyinin dəstəyi ilə mən Azer New Media şirkətinin rəhbəri olaraq o kanala rəhbərlik edirəm. Orada hər həftə verilişlər təqdim edirik. Və yaxud da müsahibə etdiyim insanlarla da o təcrübələrimi bölüşürəm. 

Los – Anceles dünya kinosunun mərkəzidir.  Ora ilə istənilən əməkdaşlıq əbəttə ki, Azərbayca üçün faydalı ola bilər. Çünki, biz  bunu gələcək nəslə ötürməliyik. Gələcək nəsil bilməlidir ki, yəni, artıq konkret olan məsələlər var. Bu gün Azərbayca kinosunda kifayət qədər kreativ insanlar var. Onların da yetərincə xaricdə mükafatları və iştirakları var. Amerika Televiziya Akademiyası isə sadəcə olaraq mili mükafatdır. Mənim orada təmsil olunmağım dailk növbədə onların industriyasına faydalıdır. Digər tərəfdən də onlar deyir ki, azərbaycanlı nümayəndə buradadır. İldə iki dəfə mən Los – Ancelesə gedirəm. Bəzən də online da olsa iştirak edirəm. Hər dəfə istəyirəm ki, gedəndə yeni nələrsə edək. Mənim növbəti dəfə ora səfərim planlaşdırılır. Artıq Azərbaycanda da lisenziyası istəyirik ki, oxşar bir layihə yaradaq. Çünki, buna ehtiyac var. Xüsusilə də televiziya sahəsində. Bizdə çalışan aktyor,rejissor, ssenaristlər maliyyədən də başqa mükafat uğrunda mübarizə aparmalıdırlar. Amerikada bu günlərdə “Emmy” mükafatının nominantları Amerika Televiziya Akademiyasının prezidenti elan etdi. Bu həm mübarizədir həm də keyfiyyəti qaldırır.  

Kino və televiziya üzrə təşkil olunan “College Awards” haqqında və onun əhəmiyyəti barədə nə deyə bilərsiniz?

“College Awards” tələbələrin işinin stimullaşdırılması, deputantların işinin gələcəkdə dəyərləndirilməsi baxımından mühüm addımdır. Bu, Amerikada 1977 – ci ildən keçirilir. 1 aprel 2023 – cü ildə 42 – ci mərasim idi. Los  Ancelesdə Saban media mərkəzində baş tutdu. Bu məkan israilli prodüser Haim Saban tərəfindən yaradılıb. Amerika Televiziya Akademiyasının bütün tədbirləri orda bir də Microsft sinemada keçirilir. Bu tədbirdə əsas məqsəd odur ki, bir neçə ştatdan tələbələr seçilir. Onlar işlərini təqdim edirlər. Sonra münsiflər müəyyənləşir. Biz də münsif olaraq 25 gün ərzində  tutalım ki,ən yaxşı dram ən yaxşı sənədli film ən yaxşı reportaj ən yaxşı televiziya verilişi nominasiyalarında səsvermə keçirik. 5 ballıq qiymətləndirmə ilə hər birini əsaslandırmalıyıq. Əsaslandırmayanda isə sistem onu qəbul etmir. Bu həm də münsifin kor – koranə deyil tam məsuliyyətlə yanaşmasından xəbər verir. 

Bu mərasimdə bir çox şirkətlər, Netflix, Amazon və digər şirkətlərin nümayəndələri var idi. Həmin o nümayəndələr əslində tələbələrin işlərinə baxır və ümidverici insanları gələcəkdə pichingə dəvət edirlər. Sistem elə qurulub ki, tələbə Universiteti bitirirsə, o fikirləşmir ki, layihəmi necə gerçəkləşdirəcəyəm.  Burada söhbət daha güclü və Amerika cəmiyyəti üçün zəruri olan layihələrdən gedir. Düşünürəm ki, “College Awards” tələbələr üçün böyük bir addımdır. Bu il 42 – ci mərasimdə mən də iştirak etdim. Bir növ mənim bir azərbaycanlı olaraq iştirakım, Azərbaycan, Amerika Televiziya tarixində anlayışı kimi bir tarixi hadisə idi. Mən qayıdanda sonra mən Real tv – yə müsahibə verəndə də müsahibənin adını da belə müəyyənləşdirdilər. Bu mərasimdə iştirak etdim və tələbələrə səs verdim.  Elə əslində mənim verdiyim səs də iki qalibin seçilməsində daha doğru oldu. Təbii ki, zövqlər və kreativ yanaşmalar müxtəlifdir. Amma mən əlimdən gələni etdim. Orada əvvəlcə link şəklində daha sonra isə Emmy dərgisinin əlavəsi kimi bir jurnal da var idi. Orada mənim də adım qeyd olunmuşdu. Mən orada məhşur prodüser Skot Frimanla da tanış oldum. Daha sonra Akademiya Fondunun sədri Kris Abreqo ilə də tanışlığım oldu. Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasının Foundation adlı bir fondu var. Həmin o fond məhz bu “College Awards” keçirir. Daha sonra mən Akademiyanın vitse-prezidenti və bir neçə tələbə ilə tanışlığımız da oldu. Bu əslində bir əlaqədir. Tələbələr də bundan bir stimul alırlar.

Nəzərə alsaq ki, tədbirin keçirildiyi Los-Ancelesdə güclü erməni lobbisi fəaliyyət göstərir. Bu amili də nəzərə alaraq fikirlərinizi bilmək istərdik! 

Bəli,xüsusilə vurğulamaq istəyirəm ki, Los – Anceles ermənilərin daha çox toplaşdığı şəhərdir. Onlar burada uzun illərdir ki, yaşayırlar. Qeyri – rəsmi məlumatlara görə orada bir milyona qədər erməni var. Bunu hiss etmək olur. Məsələn kafeyə daxil oluruq. Görürük ki, ofisant ermənidir. Qapıdan içəri daxil olmaq istəyirsən, deyirlər ki, bura ermənilərindir. Təbii ki, biz ora getmirik.  Biz ona görə də müəyyən məkanlara gedəndə belə məsələləri dəqiqləşdiririk. Bu faktor bizə müəyyən qədər maneə də olur. Hətta mən orada,- Sülh prosesinə maneə olan erməni lobbisi - adlı bir material da hazırlamışdım.  Los – Ancelesdə Azərbaycan səfirliyinin qarşısında Azərbaycan konsulluğu yerləşir.  Mən o konsulluğun qarşısında dayanıb 2020 – ci ilə Tovuz döyüşləri zamanında baş vermiş hadisələrdən danışırdım. Sonra qeyd edirdim ki, burada yolun o biri tərəfində ermənilər var idi. Onlar azərbaycanlılara hücum etdilər. Heç bir günahı olmayan azərbaycanlılardan 4 – 5 nəfər hücum olmuşdu. Azərbaycanlıları müdafiə etmək istəyən polis departamentinin əməkdaşı da sonradan cəzalandırıldı. Amma bütün bunlara baxmayaraq lobbinin fəaliyyəti bir təbliğatdır. Hətta Sakit okeanın sahilində oturan ermənilər heç vaxt Qarabağda olmayıblar heç bu konfliktdən xəbərləri də yoxdur.  Sadəcə İrəvanda olan erməniləri qızışdırırlar. Mənə orda bu müsahibələr alanda da bunu demişdilər.  Los – Ancelesdə Kim Kardaşyan və onun ailəsi haqqında filmin böyük bir poster asılmışdı. Yəni,ermənilər o şəhərdə öz şəhərləri kimi yaşayırlar. Təbii ki, biz də azərbaycanlılar olaraq öz fikirlərimizi yayırıq.  Amerika Televiziya Akademiyası ideoloji təşkilat deyil. Bu yaradıcı, əyləncəli bir qədər də elmi təşkilatdır. Erməni lobbisinin oradakı fəaliyyəti mənim azərbaycanlı olaraq fəaliyyətimə heç bir maneəçilik törətmir. Çünki, mən öz məqsədimdə israrlıyam. Hətta maneələr olsa belə mən onlara tutarlı dəlillərlə cavab verməyə hazıram. Mənim məqsədim azərbaycanlı olaraq adımı orada daimi saxlamaqdır.

Sonda Azərbaycan kinosu sizcə nə vaxt indiki durğunluqdan və ətalətdən çıxacaq?

Mən hələlik bu barədə heç nə danışmaq istəmirəm. Problemləri hamı bilir. Çünki, Azərbaycan Respublikası Prezdentinin müvafiq sərəncamı ilə 2022 – ci ilin aprelində  Kino Agentliyi yaradıldı. Kino agentliyi artıq fəaliyyətə başlayıb. Biz də Sinema radio, kino radio kanalı olaraq mütəmadi olaraq Azərbaycan kinosunun problemlərindən danışmışıq. Düşünürəm ki, qısa bir keçid dövründən sonra biz yenidən tez – tez film istehsalatının şahidi olacağıq. Amma problemlər var. Xüsusilə də təhsil sahəsində.  Daha sonra səs rejissorlarının yetişdirilməsi problemi də var. Bu sahələr çox vacibdir. Bizdə elə düşünürlər ki, film kinorejissor, bəstəkar, operator və rəssam tandemidir. Axı burada başqa məsələlər də var. Səs rejissoru, kino rəssamı və başqa sənət adamları yetişməlidir. 

Mədəniyyət nazirliyi peaching prosesini tətbiq etmişdi. Bu çox gözəl təcrübədir. Mən inanıram ki, peaching prosesi qalacaq. İstənilən komissiya formatdan asılı olmayaraq peaching öz sözünü deməlidir. Mən ssenari yazıramsa, mən həm də onun prodüseri ilə birlikdə layihənin icrası üzrə gələcək perspektivləri ortaya qoymalıyam. Mən bunu harada nümayiş etdirəcəm? Biz niyə Netflixə və başqalarına çıxa bilmirik? Amma çıxa bilərik. Təbii ki, bu da Mədəniyyət nazirliyinin maliyyə dəstəyi ayıracağı şirkətin məhz strategiyasından irəli gələcəkdir. O strategiyada hər şey göstərilməlidir və orada strateq olmalıdır. Ssenari ilkin mərhələdi. Amma əsas məsələ filmi kimin çəkməsi məsələsidir. Əvvəllər, sovetlər zamanı deyirdilər ki, əsas rejissordur.  Kütləyə ünvanlanmış, kommersiya filmlərində əsas şəxs prodüserdi. O məsuliyyət daşıyır. Bu mövzu geniş müzakirə mövzusudur. 

Mən hər həftənin şənbə - bazar günləri şənbə günü gündüz saat 3- də bazar günü saat 2 – də Real fm – də yayımlanan Sinemaradio – kinoradio kanalına oxucuları dinləməyə dəvət edirəm. Biz orada problemlər, təhlil və həll yollarından danışırıq. Bir 2019 – cu ildə yaradılandan bu həll yolları haqqında danışmışıq. Ayaz Salayevin fikrinə görə 1956 – cı ildə ilk dəfə Azərbaycanda – Uzaq sahillərdə - filmində Avropa azərbaycanlısının obrazı yaradılmışdı. O obrazı da Nodar Şaşıqoğlu onu yaratdı. Bundan sonra bu obrazın davamı çox təəssüf ki, olmadı. 

Söhbətləşdi : Bünyamin Bünyadzadə
Visiontv.az