İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının qətlə yetirilmiş katibi Əli Laricani 2025-ci ilin sentyabr ayından keçid dövrü üçün ABŞ və İsrailin favorit namizədi olub, lakin fevral ayında üç səbəbə görə hücum hədəfinə çevrilib.
Bunu CNN-in baş müxbiri Kristian Amanpur 17 mart tarixində X hesabında məlumatlı mənbəyə istinadən yazıb.
Amanpurun sözlərinə görə, Laricaninin hədəfə çevrilməsinə üç səbəb onun etirazçıları yatırmaq üçün göstərdiyi səylər, "ABŞ və İsrailə hücumlar"a liderliyi, eləcə də SEPAH-ın xüsusən Körfəz Əməkdaşlıq Şurası ölkələrinə hücumlarda strategiyasının hazırlanmasındakı əsas rolu olub.
Qeyd edək ki, bir gün əvvəl Donald Tramp Əli Laricaninin 32.000-dən çox iranlı etirazçının öldürülməsində məsuliyyət daşıdığı bildirmişdi.
visiontv.az