Konqres Trampa qadağa qoydu
25.06.2026

ABŞ Senatı İranla müharibənin dayandırılmasını tələb edən qanun layihəsini az səs fərqi ilə təsdiq edib.

Yeni sənədə əsasən, prezident Donald Tramp yenidən hərbi əməliyyata başlamaq istədikdə, Konqresdən mütləq icazə almalıdır. Bu, ABŞ tarixində hərbi səlahiyyətlərlə bağlı həm Nümayəndələr Palatası, həm də Senat tərəfindən qəbul edilən ilk qətnamədir.

Senatdakı səsvermədə 50 nəfər layihənin lehinə, 48 nəfər əleyhinə səs verib. Səsvermə zamanı dörd respublikaçı senator partiya xəttindən kənara çıxaraq demokratları dəstəkləyib. Qətnamə Trampdan ABŞ ordusunu İranla münaqişədən çıxarmağı tələb edir və hərbi qüvvələrin regionda qalması yalnız Konqresin xüsusi icazəsi olduqda mümkündür.

Bu sənəd imzalanması üçün prezident Trampa göndərilməyəcək. Hazırda Tehran və Vaşinqton atəşkəs şəraitində sülh danışıqları aparır. Buna görə də qərarın münaqişəyə necə təsir edəcəyi hələlik dəqiq bilinmir.

Xarici İşlər Komitəsinin demokrat üzvü Qreqori Miks səsvermədən sonra bildirib ki, Konqresin hər iki palatası prezidentin təkbaşına müharibə apara bilməyəcəyini və İrana qarşı hücumların dayandırılmalı olduğunu açıq şəkildə nümayiş etdirib: "Prezident Trampın mövqeyindən asılı olmayaraq, bu qərar qanunla məcburidir. Prezidentin Konqresin iradəsinə tabe olması üçün bütün hüquqi vasitələrdən istifadə edəcəyəm".

Demokrat senatorlar bundan əvvəl də müharibəni dayandırmağa dəfələrlə cəhd göstərsələr də, həm Senatda, həm də Nümayəndələr Palatasında çoxluq təşkil edən respublikaçılar bu təşəbbüslərin qarşısını almışdı.

visiontv.az