Pezeşkian xalqın yenidən küçələrə axışmasından qorxduğunu bildirib
25.06.2026

İran prezidenti Məsud Pezeşkian xalqın yenidən etiraz etməsindən və küçələrə axışmasından qorxduğunu bildirib.

O, açıqlamasında qeyd edib ki, silahlı qüvvələr hökumətin onlara ayırdığı neft və valyuta sayəsində döyüşüblər.

Pezeşkianın fikrincə, İslam Respublikasının ən vacib gücü xalqın birliyidir və məmurlar çatışmazlıqların insanların narazılığına səbəb olmasına imkan verməməlidirlər.

O əlavə edib ki, belə bir vəziyyət "düşmənləri" sevindirərdi.

Dövlət başçısı SEPAH-a hökumətin yardımından bəhs edərək deyib: "Əgər biz dəstək verməsəydik, döyüşçülər döyüşə bilməzdilər.

Biz hökumətə məxsus 20 milyon barel nefti SEPAH-ın aerokosmik bölməsinə verdik".

visiontv.az