Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan jurnalist, AzTV-nin operatoru Sirac Abışov dəfn olunub.
Visiontv.az-ın xəbərinə görə, Sirac Abışov Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezidentin tapşırığı ilə vida mərasimində iştirak edib və Prezidentlə Birinci Xanımın başsağlığını çatdırıb.