Xankəndidə son bir həftədə tapılan silah-sursatın həcmi açıqlanıb
04.05.2024

Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir. 

Həyata keçirilən tədbirlərlə 27 aprel-3-may tarixlərində polis əməkdaşları tərəfindən təkcə Xankəndi şəhəri ərazisindən 33 avtomat silahı, 1 pulemyot, 10 tapança,14 tüfəng, 1 qumbaraatan, 59 qumbara, 34 alışdırıcı, 397 patron darağı, 7888 ədəd müxtəlif çaplı patron, 1 qutu trotil, 27 ədəd süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

visiontv.az