İsrailin hücumu nəticəsində Qəzzada "Al-Jazeera" kanalının 5 əməkdaşı həyatını itirib
11.08.2025

İsrail ordusunun Qəzzada Əl-Şifa xəstəxanası yaxınlığında bir çadıra hücumunda “Al-Jazeera” kanalının 5 əməkdaşı həlak olub.

“Al-Jazeera” kanalı xəbər verir ki, jurnalist Ənəs əl-Şərif, Məhəmməd Qreyqe, Məhəmməd Noufəl, Moamen Aliva və İbrahim Zahir İsrailin hücumu nəticəsində öldürülüblər.

İsrail ordusu xəbəri rəsmi olaraq təsdiq edib və Ənəs əl-Şərifi jurnalist qılığına bürünmüş bir terrorçu adlandırıb.

İsrail ordusu Ənəs əl-Şərifin HAMAS şəbəkələrindən birinin rəhbəri olduğunu və İsrailə qarşı hücumlarda məsuliyyət daşıdığını bəyan edib.

visiontv.az