İraqın şimalında iranlı terrorçular məhv edildi
26.07.2024

Türkiyə hərbi hava qüvvələrinin İraqın şimalında, Süleymaniyyə əyalətində PKK/KCK terror təşkilatlarının bazalarına zərbələr endirib.

Bu barədə Milli İstihbarat Təşkilatına yaxın mənbələr məlumat yayıb.

Hava zərbələri nəticəsində aralarında iki iranlı terrorçunun da olduğu bir qrup silahlı məhv edilib.

Miliyyətcə kürd olan iranlı terrorçuların "Raman Renas" ləqəbli İrfan Zəndi və "Mikai Cəngavər" ləqəbli Hidayət Rəsuli olduqları bildirilib.

visiontv.az