İraqdan 5000 proksi qüvvə etiraz aksiyalarını yatırmaq üçün İrana keçib
19.01.2026

Son həftələrdə İraqda olan Tehrana bağlı proksi qüvvələr etiraz aksiyalarını yatırmaqda üçün İrana daxil olublar.

Bu haqda CNN Avropa hərbi mənbəyinə və İraq təhlükəsizlik mənbəyinə istinadən xəbər verib.

Məlumata görə, İraq təhlükəsizlik mənbəyi təxminən 5000 İrana bağlı iraqlının Meysan əyalətindəki Şib keçid məntəqəsi və Vasit əyalətindəki Zərbatiyyə sərhəd keçid məntəqəsi vasitəsilə İrana daxil olduğunu bildirib.

Avropa hərbi mənbəyi CNN-ə həmçinin bildirib ki, Diyalə, Meysan və Bəsrə əyalətlərindən 800 proksi qüvvə dini ziyarət adı altında etiraz aksiyalarını yatırmaq üçün İrana keçib.

visiontv.az